
UEFA 2015/2016-cı il mövsümündə Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar "Qarabağ”, "Qəbələ”, "Neftçi” və "İnter” klublara pul ayırıb. Sportnet.az-ın məlumatına görə, UEFA tərəfindən aşağıda qeyd olunan qaydada maliyyə vəsaiti ayrılıb.
"Qarabağ” – 950 000.00 avro
"Qəbələ” – 630 000.00 avro
"İnter” – 630 000.00 avro
"Neftçi” – 200 000.00 avro
UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada "Qarabağ”, "Qəbələ” və "Neftçi” klubunun hesabına köçürülüb.
AFFA ilə "İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait "İnter” PİK-in hesabına köçürüləcək.