1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Syominin "Qəbələ"ni tərk etmə səbəbi məlum oldu
Yuri Syomin Rusiyanın "Anji" komandasının baş məşqçi postundan istefasının səbəbini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis "Naş futbol"a açıqlamasında qərarı özünün qəbul etdiyini bildirib.
O, "Anji"nin ev oyununda azarkeşlərin lazımi səviyyədə dəstək verməməsini bəyənmədiyini söyləyib: "Azarkeşlər istənilən situasiyada komanda ilə birgə olmalıdırlar. Onlar Rusiya Premyer Liqasının ötən turunda "Rubin"lə qarşılaşmada da xüsusi dəstək vermədilər. Uşaqlar bir qədər özlərini itirdilər. Tərəfdarlar özlərininkinə dəstək verməlidirlər, digər komandaya azarkeşlik etməməlidirlər".
Qeyd edək ki, Yuri Syomin sentyabrın sonlarında "Anji"nin baş məşqçi postundan istefa verib. O, 2013-cü ili mayın 7-dən 2014-cü il mayın 23-dək "Qəbələ"yə rəhbərlik edib. "Qırmızı-qaralar"ın da oyunlarına azarkeş dəstəyi elə də yüksək səviyyədə olmur. Bu baxımdan, Syominin Azərbaycan klubunu da eyni səbəbdən tərk etdiyi qənaətinə gəlmək olar.