1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016-nın "21-liy"i - SİYAHI
Futbol üzrə AVRO-2016-nın final mərhələsinə qazanılan vəsiqələrin sayı 21-ə çatıb. Sportnet.az-ın məlumatına görə, Fransada keçiriləcək nüfuzlu yarışa "pley-off" mərhələsindən ilk vəsiqəni 30 ildən sonra Macarıstan milli komandası əldə edib.
Baş məşqçi Bernd Ştorkun komandası Norveç yığmasını səfərdə 1:0, evdə 2:1 hesabı ilə yenib. Son 3 vəsiqənin sahibləri 16-17 noyabrda müəyyənləşəcək.
Qeyd edək ki, AVRO-2016-ya təşkilatçı Fransa birbaşa vəsiqə qazanıb. İngiltərə, Çexiya, İslandiya və Avstriya sentyabrda, Portuqaliya, Şimali İrlandiya, İspaniya, İsveçrə, İtaliya, Belçika, Uels, Albaniya, Rumıniya, Almaniya, Polşa, Rusiya, Slovakiya, Xorvatiya və Türkiyə oktyabrda bu hüquqa yiyələnib. Macarıstan siyahıya yenicə qoşulub. Bu gün İrlandiya - Bosniya və Herseqovina (ilk görüş - 1:1), sabah isə Sloveniya - Ukrayna (0:2) və Danimarka - İsveç (1:2) qarşılaşmalarının nəticəsində üstün komandalar final mərhələsinə son 3 vəsiqəyə yiyələnəcəklər.