
Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, turun oyunları 3 gün ərzində reallaşacaq.
Artıq turun bir oyunun keçirilm vaxtı dəyişdirilib. Noyabrın 22-də keçirilməsi nəzərdə tutulan "İnter" - AZAL görüşü turun bütün oyunlarının canlı yayımlanması ilə əlaqədar bir gün sonraya keçirilib.
Turun mərkəzi görüşü Lənkəranda keçiriləcək. "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Neftçi"ni qəbul edəcək. Bu görüşdə meydan sahibləri qələbə qazanarsa, turnir cədvəlində əzəli rəqibini qabaqlayacaq. "Neftçi" isə 3 xal qazanacağı təqdirdə ilk 5-liyin sonuncusu "Kəpəz"lə xal fərqini azaltmış olacaq.
Tura "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək.
21 noyabr
17:00. "Sumqayıt" – "Qəbələ"
"Kapital Bank Arena"
19:30. "Qarabağ" – "Kəpəz"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
22 noyabr
18:00. "Xəzər Lənkəran" – "Neftçi"
"Xəzər Lənkəran" mərkəzi stadionu
20:00. "Rəvan" – "Zirə"
"Bayıl Arena"
23 noyabr
17:00. "İnter" – AZAL
"İnter Arena"