1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şəhriyar Əliyev: "Qarabağ"ı da hamı yaxşı tanıyır"
"Qarabağ"la oyunun hazırlığına dünəndən başlamışıq. Hər şey yaxşıdır, meydana bizə lazım olan nəticəni qazanmaq üçün çıxacağıq". Sportnet.az-ın məlumatına görə, bunu klubun rəsmi saytına açıqlamasında "Kəpəz"in müdafiəçisi Şəhriyar Əliyev deyib.
O, Azərbaycan Premyer Liqasının XIII turunda komandasının Ağdam klubu ilə keçirəcəyi oyunla bağlı bunları bildirib: "Düşərgədə əhval-ruhiyyə yaxşıdır. Hamı qarşıdakı oyunun əhəmiyyətini yaxşı başa düşür. Bu haqda futbolçulara əlavə nəsə deməyə ehtiyac yoxdur. Güclü rəqibə qarşı mübarizə aparacağıq".
AZAL-la yoxlama oyununda yüngül zədə alan Əliyev artıq komanda ilə birgə məşqlərə çıxır: "İndi özümü yaxşı hiss edirəm, ayağım əzilmişdi. Heyətdə cəza və zədəli futbolçularımız var. Bununla belə, güclü rəqibə qarşı layiqli futbol oynamağa çalışacağıq. Çətin oyun olacaq. Çempionatda asan rəqib yoxdur, "Qarabağ”ı da hamı yaxşı tanıyır. Biz də özümüzə güvənirik".
Qeyd edək ki, ilk dövrədə bu komandalar arasında Gəncədə keçirilən oyunda "Qarabağ” 2:3 hesabı ilə qalib gəlmişdi.