
"Qalatasaray”ın və Türkiyə millisinin sabiq hücumçusu Ümit Karan Bakıya gəlib. Sportnet.az-ın məlumatına görə, bu haqda futbolxeber.az-a veteran futbolçunun özü bildirib.
Lakin Karan səfərinin məqsədi barədə danışmayıb.
Qeyd edək ki, 39 yaşlı veteran futbolçu karyerasını 2011-ci ildə bitirib. O, son olaraq "Eskişehirspor”da forma geyib. Karanın karyerasının ən parlaq dövrləri "Qalatasaray”da keçib. 8 il "Cim-Bom”un formasını geyən təcrübəli forvard, 170 oyunda meydana çıxıb, 71 qol vurub və "Qalatasaray”la birgə 3 dəfə ölkə çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb.