1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əsgər Abdullayev Samir Əliyevin qərarını ləğv etdi
"Neftçi"nin yeni baş məşqçisi Əsgər Abdullayev sələfi Samir Əliyevin qərarını ləğv edib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Samir Məsimovla Məhəmməd Qurbanovu əsas komandaya qaytarıb.
20 yaşlı yarımmüdafiəçi ilə 23 yaşlı hücumçu "Xəzər Lənkəran"la Azərbaycan Premyer Liqasının XIII tur matçının "18-liy"inə daxil edilib. Onlar ehtiyat oyunçular skamyasında oturacaqlar.
Qeyd edək ki, Samir Məsimovla Məhəmməd Qurbanov oktyabrın 23-də keçirilmiş IX tur matçında peşəkar səviyyələrindən aşağı çıxış etdikləri üçün məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndəriliblər. AZAL-ın 2:1 hesablı qələbə qazandığı həmin qarşılaşmada Qurbanov 46-cı, Məsimov 72-ci dəqiqədə oyundan alınıb.