1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Lənkəranda insident
"Xəzər Lənkəran"la "Neftçi" arasında keçirilən Azərbaycan Premyer Liqasının XIII tur qarşılaşmasının ilk yarısında 3 dəfə insident yaşanıb. Sportnet.az-ın məlumatına görə, futbolçuların əvvəlki iki mübahisəsi tezliklə sovuşub.
Sonuncu insident isə daha kütləvi və uzunmüddətli olub. 40-cı dəqiqədə qonaq komandanın legioneri Erik Ramos meydan sahiblərinin gənc yarımmüdafiəçisi Kamran Abdullazadəyə qarşı kobud oynayıb. Bu zaman ona sərt qarşılıq verilib. Mübahisəyə hər iki oyunçunun komanda yoldaşları qarışıb. Tərəflərin bir-biri ilə çəkişməsinin qarşısını almaq üçün araya kapitanlar girib. Rahid Əmirquliyevlə Aqil Məmmədovun müdaxiləsindən sonra ara sakitləşib. Baş hakim Əliyar Ağayev isə Abdullazadə ilə Ramosa sarı vərəqə göstərib.
Qeyd edək ki, ilk yarıda hesab açılmayıb - 0:0.