1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yunis Hüseynovdan etiraf və üzrxahlıq
"Oyun gərgin keçdi. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə fərdi səhvlərdən qollar buraxdıq". Sportnet.az--ın məlumatına görə, bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra deyib.
O bildirib ki, 60-cı dəqiqədə buraxdıqları ilk qoldan sonra açıq futbol sərgiləməyə başlayıblar. Nəticədə "Neftçi" bundan yararlanaraq, ikinci qolu vurub. 50 yaşlı mütəxəssis meydanda futbolçular arasında yaşanan insidentlərə də münasibət bildirib: "Deməzdim ki, komandam aqressiv idi, əksinə rəqib daha aqressiv davrandı. Bizim komandamızda intizamsızlıq ola bilməz. Oyunun gedişində "Neftçi”nin bizdən güclü təsir bağışlaması hiss olunmurdu".
Hüseynov heyət sarıdan və maaşlarla bağlı problemlərin olduğunu da açıqlayıb. O, məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib: "Rasim Ramaldanov, Kamran Abdullazadə iynə hesabına oyuna çıxmışdılar. Maaşlarda da yubanma var. Yaxın günlərdə ödəniləcəyini gözləyirik.Düşünürəm ki, bütün bunlara baxmayaraq, rəqibə heç bir cəbhədə uduzmadıq. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Məğlub olmağımızı istəməzdim. Futbolçular da bunu başa düşməlidirlər”.