1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" 2 qolla 2-ci pillədə - YENİLƏNDİ
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son oyununda "İnter" və AZAL komandaları qarşılaşıblar.
"İnter Arena"da keçirilən oyunun ilk dəqiqələrindən hücuma atılan meydan sahibləri 30-cu dəqiqədə məqsədinə nail olub. "Bankirlər"in heyətində Dieqo Martins künc zərbəsindən qaldırılan topu tora qovuşdurub. ilk 45 dəqiqə "İnter"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci hissədə də meydan sahibləri üstünlüyü əldən verməyib. Abbas Hüseynov 85-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb və 90 dəqiqənin sonunda qələbə qazanan tərəf "İnter" olub - 2:0. Bu qələbə sayəsində xallarını 23-ə çatdıran "İnter" şəxsi göstəricilərdəki üstünlüyü sayəsində "Qəbələ"ni də keçərək, 2-ci pilləyə yüksəlib.
"İnter” – AZAL - 2:0
Qollar: Dieqo Martins, 30, Abbas Hüseynov, 85
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Coşqun Həsənov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov
"İnter Arena”