Azərbaycanın "Sektor 11" fan-klubunun yaradıcılarından olan Kənan Nəsibov vəfat edib. Fan-klub üzvü Atanur Cəfərlinin Sportnet.az-a verdiyi məlumata görə, Nəsibov yaşadığı Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib.
Onun zəhərlənmə nəticəsində keçindiyi bildirilir. Gənc ikən həyatını itirən azarkeş bu gün İstanbulda dəfn olunacaq.
Qeyd edək ki, Kənan Nəsibov İstanbula 3 il öncə Kəmərburqaz Universitetində təhsil almağa yollanıb. O, qardaş ölkədə ailəsi ilə birgə qalırdı.
Allah rəhmət eləsin...
Allah rəhmət eləsin...