
"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brard "qırmızı-qaralar"dan ayrılır. Sportnet.az-ın məlumatına görə, hollandiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, 2016-cı ilin əvvəlindən Yaponiyanın "Noqoya Qrampus" klubunda idman direktoru kimi fəaliyyətini davam etdirəcək
Qeyd edək ki, Stenli Brard 2013-cü ilin aprelindən "Qəbələ" Futbol Akademiyasına rəhbərlik edirdi. "Qəbələ" İdman Klubu Stenli Brarda futbol akademiyasının inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.







































































