"Xəzər Lənkəran" və "Qəbələ" komandaları Azərbaycan Premyer Liqasının XV tur matçına neftçi dəbilqələri ilə çıxacaq. Sportnet.az-ın məlumatına görə, bu addım Günəşli yatağındakı yanğında həlak olanların xatirəsinə ehtiram əlaməti kimi atılıb.
Daha öncə Peşəkar Futbol Liqası dünyasını dəyişənlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunacağını və komandaların meydana qara sarğı ilə çıxacağını elan edib.
Qeyd edək ki, görüş saat 16:00-da başlanacaq.