1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Penalti var idi"
"Belə oyunlar çempionatımıza yaraşıq qatır. Əfsuslar olsun ki, 3 xalı əldən verdik". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Kəpəz"lə evdə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Uzatma dəqiqələrində referi Fariz Yusifovun təyin etdiyi penaltidən sonra qələbəni əldən verdiklərini deyən gənc mütəxəssis oyundan və hakimlikdən razı qaldığını bildirib: "Futbolçularıma heç bir irad bildirməyəcəyəm. Onlar həqiqətən də əzmkar mübarizə apardılar. Belə davam etsək, istədiyimiz nəticələri qazana bilərik. İlk yarıda boşluqlar var idi. Onları fərdi oyunlarla qarşısını aldıq. İkinci hissədə yaxşı oyun sərgilədik. Nə etmək olar? 2 xal itirdik. Qismət belə idi. Baş hakim isə haqlı idi. Oyunçumuz əllə oynamışdı, təmiz penalti idi".