1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
CAS-dan "Neftçi"yə 1 milyon dollarlıq zərbə
2010-cu ildə İsveçrənin "Sion” klubundan "Neftçi”yə transfer olunmuş və 2012-ci ilin qış fasiləsi dövründə komandanın düşərgəsindən ayrılan Emil Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlanılıb. Sportnet.az-ın "Neftçi"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar verib.
3 ay davam etmiş araşdırmalardan sonra FİFA-nın yanvarın 21-də futbolçunun xeyrinə çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Emil Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə "Neftçi” tərəfindən birtərəfli qaydada xitam verilib. 13.03.2012-ci il tarixdə isə "Neftçi” FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırıb. Emil Mpenza da öz növbəsində FİFA qarşısında əks iddia qaldıraraq, klubdan təzminat tələb edib. 3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq 21.01.2015-ci il tarixdə FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarıb. Bu qərarla əlaqədar 15.07.2015-ci il tarixdə "Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlayib. CAS-ın qərarında göstərilən təzminat məbləğinin 1 milyon dollar olduğu bildirilir.