Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib. Sportnet.az-ın məlumatına görə, günün yeganə oyununda "Rəvan" və "İnter" komandaları qarşılaşıb.
"Bayıl Arena"da keçiriləcək matçı Rauf Cabbarov idarə edib. Komandalar bugünədək 9 dəfə üz-üzə gəlmiş, görüşlərin hamısında "bankirlər" qələbəyə sevinmişdilər. Ardıcıl 3 oyun qələbəyə həsrət qalan "İnter" 2 qələbə, 3 heç-heçədən ibarət 5 oyunluq məğlubiyyətsizlik seriyasına malik "Rəvan"ı bu dəfə də yenməyi bacarıb. Hər iki qol ikinci hissədə standart vəziyyətlərdən vurulub. Əvvəlcə gürcüstanlı legioner Zurab Xizanişvili fərqlənib. Son dəqiqələrdə isə Lİmam Seydi topu tora göndərərək, Premyer Liqada ilk qolu vurub.
Bu nəticədən sonra "İnter" 27 xalla 2-ci pilləyə yüksəlib. 11 xala malik "Rəvan" isə sonuncu pillədə qalıb.
20:30. "Rəvan" – "İnter" - 0:2
Qol: Zurab Xizanişvili, 51. Lİmam Seydi, 86
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, İsgəndər Əliyev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. "Bayıl Arena"
Qeyd edək ki, turun digər oyunları 16-17 dekabrda keçiriləcək.