
FİFA prezidenti Yozef Blatterlə UEFA prezidenti Mişel Platini tutduqları vəzifədən kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə FİFA Etika Komitəsi qərar qəbul edib.
Onların 8 il ərzində yüksək vəzifələr tutmasına qadağa qoyulub. Bundan başqa M.Platini 80 min İsveçrə frankı məbləğində cərimələnib (Report).








































































