
"Qəbələ”nin qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarından biri baş tutmayacaq. Sportnet.az-ın məlumatına görə, bu, Bolqarıstanın "Levski" komandası ilə yanvarın 23-də keçirilməsi nəzərdə tutulan qarşılaşmadır.
"Qırmızı-qaralar" yanvarın 10-da start götürəcək Antalya toplanışında 3 matç keçirəcəklər. Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib "Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra "Qəbələ” ikinci yoxlama oyununa çıxacaq. Roman Qriqorçukun yetirmələri İsveçrənin "Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də keçiriləcək son yoxlama matçında komandamız UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı "Dnepr”lə görüşəcək.
"Qəbələ" - "Levski" matçı baş tutmadı






































































