
Yanvarın 5-də qış hazırlıgına start verəcək AZAL klubu ilk transferini gerçəkləşdirib. Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, "Zirə"dən ayrılan Eltun Hüseynovla 2 illik müqavilə bağlanılıb.
Gənc müdafiəçi əslində "təyyarəçilər"ə yad sima deyil. Hələ yayda baş məşqçi Tərlan Əhmədov tərəfindən heyətə dəvət olunan və anlaşmaya imza atan Hüseynovun sənədlə baglı problem üzündən AZAL-a keçidi baş tutmamışdı. "Bakı” klubu onun transfer vərəqini verməkdən imtina etmiş, sonradan 1993-cü il təvəllüdlü futbolçu "Zirə”yə keçmişdi.