
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, toplantıda çempionluğu Topaz Premyer Liqasında mövsümün sonuna 2 tur qalmış təmin edən "Qarabağ” da cəzalandırılıb.
Ağdam klubu XXXIV turda "İnter”lə matçın 75 və 80-ci dəqiqələrində azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etmələri səbəbindən 1000 manat ziyana düşüb.
Qeyd edək ki, bu oyunda "Qarabağ” "İnter”i 4:1 hesabı ilə məğlub edərək, 21 ildən sonra Azərbaycan çempionu adını qazanıb.