1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rəvan"dan şad xəbər
Bakının "Rəvan" klubunun futbolçulara olan əmək haqqı borcları hissə-hissə ödəniləcək. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klubun vitse-prezidenti İlqar Axundov açıqlama verib.
Onun sözlərinə görə, maddi çətinlik olduğundan, noyabr və dekabr ayından qalan borcları bir dəfəyə ödəmək mümkün deyil.
Vitse-prezident komandanın ölkə daxilində təlim-məşq toplanışı keçən klubların qatıldığı "CBC Sport Kuboku"ndan imtinasının maliyyə ilə əlaqədar olmadığını söyləyib: "Turnirə qatılmamağımız heyətlə bağlıdır. Əsas heyətin bəzi üzvləri məşqlərə qatılmır və biz də əvəzedicilərdən futbolçular cəlb etmişik. Dünənki məşqimizdə cəmi 15 nəfər olub. Yəni, komanda bir-birinə uyğunlaşmayıb. Bu səbəbdən, turnirə qatılmağı doğru hesab etmədik".
İ.Axundov baş məşqçi Bəhmən Həsənovun istefa vermək istəyinə də münasibət bildirib: "Bəhmən müəllim məşqlərdə olur. Düzdür, çətinliklər var. Düşünürəm ki, o, istefa verməyəcək. Ən azından istefa vermək istəsəydi, bizlə deyərdi".