"Sumqayıt” klubuna qayıdan qapıçı Səlahət Ağayevə 1 nömrəli forma verilib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı qapıçı ilə mövsümün sonunadək müqavilə bağlanılıb.
Əvvəllər 1 nömrəli forma Dağıstan əsilli Şahruddin Məhəmmədəliyevdə olub. Ağayevin gəlişindən sonra "Sumqayıt"dakı qapıçıların sayı 4-ə çatıb. "Gənclik şəhəri" təmsilçisi mövsümün ilk yarısına Tərlan Əhmədli ilə Tural Abbaszadəni də sifariş edib.

Qeyd edək ki, Səlahət Ağayev 2012/13 mövsümündə də "Sumqayıt”da oynayıb və 23 qarşılaşmada meydana çıxıb. O, 8 dəfə Azərbaycan millisinin formasını geyinib.