Mayın 17-də "Xəzər Lənkəran"la Topaz Premyer Liqasının XXXVI tur matçından sonra çempionluq kubokuna sahib olan "Qarabağ"ın atəşfəşanlıq etməməsinin səbəbləri müəyyənləşib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu rəsmiləri bu istəyindən son anda vaz keçib.
Buna mayın 17-nin Laçının ermənilər tərəfindən işğalının 22-ci ildönümünə təsadüf etməsi barədə ziddiyyətli xəbərlər və Türkiyənin Soma şəhərindəki kömür şaxtasında baş verən partlayış nəticəsində 300-dək insanın həyatını itirməsi səbəb olub.
"Qarabağ"ın öncədən atəşfəşanlıq keçirmək niyyətində olduğunu komandanın ev arenası sayılan Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov da təsdiqləyib. İsmayılov Sportnet.az-a açıqlamasında deyib: "Klubdan atəşfəşanlıq keçirəcəklərinə dair məni xəbərdar etmişdilər. Öz növbəmdə, Fövqəladə Hallar Nazirliyinə müraciət edərək, razılıq da almışdım. Amma oyun öncəsi klub rəhbərliyi fikrindən daşındı. Güman edirəm ki, bu, elə dediyiniz səbəblərlə bağlıdır".
Qeyd edək ki, rəsmi sənədlərdə Laçının işğal tarixi 1992-ci il mayın 18-i göstərilir. Bununla belə, bəzi mənbələrdə bu olayın mayın 17-də baş verdiyi bildirilir. Soma faciəsi isə mayın 13-də olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |