1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahmud Qurbanov: "Qəbələ"nin mərhələ keçəcəyi inandırıcı deyil"
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov klublarımızın Avropa Liqasının I təsnifat mərhələsi çəçivəsində keçirəcəyi cavab oyunları ilə bağlı fikirlərini bildirib. Sportnet.az-a danışan 41 yaşlı mütəxəssis "İnter" və "Qəbələ"nin şanslarını dəyərləndirib.
Qurbanov doğma meydanda Moldova "Tiraspol"u ilə qarşılaşacaq "İnter"in növbəti mərhələyə keçəcəyinə inandığını bildirib: "Axşam baş tutacaq oyunu stadiondan izləyəcəyəm. "İnter" hələ mərəhələ keçməyib. Düzdür, səfərdə rəqib qapısından 3 top keçirib. Ancaq indidən "bankirlər"in II mərhələdə olduğunu demək tezdir. Kaxaber Tsxadadze öz komandasını oyuna kökləyəcək və inanıram ki, qələbə üçün əllərindən gələni edəcəklər. Oyunçular 3:2 hesabını qorumağı düşünsələr, o zaman bunun acı fəsadları ola bilər. Azərbaycan vitse-çempionu sabit komandadır, düşünürəm ki, "Tiraspol" "İnter"dən zəifdir".
Qurbanov "Qəbələ"nin "Şiroki Briyeq"lə səfər oyununda mərhələ keçmək üçün lazım olan nəticənin qazanılmasının çətin olduğunu vurğulayıb: "Qəbələ" ev oyununda səhvlər ucbatından məğlub oldu. Ancaq bu, o demək deyil ki, komandamız təslim olmalıdır. Əksinə, gözəl oyun göstərərək qələbə qazanmaq lazımdır. Çünki bu, Azərbaycanın avrokubok reytinqinə də təsir göstərəcək. "Qəbələ"nin buna gücü çatar, sadəcə səhvlərə yol vermək lazım deyil. Bu məğlubiyyəti unudub oyuna köklənmək lazımdır. "Şiroki Briyeq" güclü komanda deyil. Buna görə "Qəbələ" qələbə qazanaraq öz meydanında təsadüfən məğlub olduğunu göstərməlidir. Mərhələ adlamaq inandırıcı görünmür, lakin futbolda hər şey ola bilər. Qəbələdən xeyli oyunçular getdi. Bu da avrokubok öncəsi komandaya pis təsir etdi. Yenilərin uyğunlaşması da vaxt aparır. Bu da komandaya mənfi təsir göstərir".