1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Onun istədiyi futbolçuların 99 faizini almışıq" - MÜSAHİBƏ
"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirovu Sportnet.az-a müsahibəsi
- "Xəzər Lənkəran"ın yeni mövsümə hazırlıq prosesi barədə nə deyə bilərsiniz?
- Türkiyə və Sloveniyadakı təlim-məşq toplanışları onu göstərir ki, komandamız yeni mövsümə tam gücü ilə hazırlaşır. Düşərgədə çox yaxşı əhval-ruhiyyə var. Oğuz Çətin heyətdə geniş şəkildə dəyişiklik edib. Bəzi futbolçularla müqavilə artırılıb, bir neçəsi ilə yollar ayrılıb və komandaya yeni futbolçular cəlb olunub.
- Son illər "Xəzər Lənkəran"ın heyətində legionerlərə daha çox yer verilirdi. İndi isə yerli futbolçular transfer edilir. Klubun siyasəti dəyişib?
- Komandada çıxış edən istər yerli, istərsə də legioner futbolçular peşəkarlardırlar. Yəni, onlar futbol oynamağı bacarmalıdırlar. Səviyyəli legionerləri gətirib yerli futbolçulara şans verməməyin nə mənası var? İstər əcnəbi, istərsə də yerli futbolçuların fərqi yoxdur. Əsas odur ki, hamısı qaydasında olsun. Bir neçə il əvvəl "Xəzər Lənkəran"ın bəzi futbolçuları Azərbaycan çempionatının aparıcı oyunçularından idilər.
- Yeni transferlər gözlənilir?
- Artıq siyahı klub prezidentinə təqdim edilib. Baş məşqçinin istəyindən çox şey asılıdır. Məşçinin istədiyi futbolçuların demək olar ki, 99 faizini klub rəhbərliyi heyətə cəlb edib.
- Etame Mbilla və Sadio Tounkara məsələsinə də aydınlıq gətirərdiniz...
- Bunlar tam fərqli məsələlərdir. Mbillanın düşərgəyə gec gəlməsinin səbəbi ailə məsələsi ilə bağlı idi. O, əvvəlcədən bildirmişdi ki, Türkiyəyə yox, birbaşa Sloveniya toplanışına gəlmək istəyir. Tounkara məsələsi isə bir az daha qəlizdir. Onun meneceri var və çalışır ki, müqaviləsi olduğu klubdan futbolçunu ayırsın. Bu da Tounkaradan başqa heç kimə ziyan gətirmir. Təbii ki, bizim də bundan xəbərimiz var idi. Artıq mayın sonunda məsələ ilə bağlı FİFA-ya müraciət etdik. Ali futbol qurumu da futbolçunun "Xəzər Lənkəran"a məxsus olduğunu təsdiqlədi. Tounkara təlim-məşq toplanışı gəlməsə, bir daha məktub göndərəcəyik. Yəni, toplanış ərzində heyətə qayıtmalıdır.
- Keçmiş futbolçunuz Adrian Pit də saytımıza açıqlamasında "Xəzər Lənkəran"dan FİFA və UEFA-ya şikayət etdiyini bildirib...
- Bizim Pitlə heç bir problemimiz yoxdur. Bilmirəm nəyin əsasında bu cür açıqlamalar verir. Onunla bağlı heç bir problemimiz yoxdur. Futbolçu klubdan narazıdırsa, əvvəlcə kluba bildirməlidir. Biz onun narazılığını heçə saysaq, gedib futbol qurumlarına müraciət edə bilər.
- Mustafa Dənizli ilə məsələ nə yerdə qaldı? Türkiyəli mütəxəssis bir neçə dəfə qayıdacağını bildirsə də, indi adı "Beşiktaş"la hallanır...
- Klubumuzun prezidenti Mais Mənsimov hələ mayda bu məsələyə son nöqtəni qoyub. Mustafa Dənizlinin dediklərinə gəlincə, hansısa mətbu orqan bunu yazıb. Ancaq bilinmir ki, bunu o, deyib, yoxsa mətbu orqan öz adından yazıb. May ayından bəri onunla bizim dostluqdan başqa heç bir münasibətimiz yoxdur. "Xəzər Lənkəran"da çalışan mütəxəssislərin həm bizim kluba, həm də Azərbaycan futboluna töhfəsi olub. Klubumuzun fəxri prezidenti tərəfindən Oğuz Çətin baş məşqçi təyin edilib və o da öz işini görür.
- Klubun rəsmi transferlərinin elan olunmasının gecikmə səbəbi nədir?
- Bilirsiniz, burada rəsmi qaydalar mövcuddur. Müqavilə imzalanmazdan əvvəl müxtəlif prosedurlar var. Bütün sənədlər hazı olduqdan sonra rəsmən açıqlanır.
- Məsələn, Rəşad Sadıqov, Rauf Əliyev, Əfran İsmayılov kimi futbolçular "Xəzər Lənkəran"a keçir. Lakin bu transferlər rəsmən elan edilmir...
- Ola bilər. İlkin razılaşma əsasında da futbolçunun komandanın düşərgəsində məşq etməsi mümkündür. Azad futbolçudursa, sərbəst, hər hansı bir klubla müqaviləsi varsa, qarşılıqlı razılaşma əsasında gəlib düşərgəyə qoşula bilər. Hər şey həll ediləndən sonra rəsmi şəkildə bəyan edilir. Məsələn, Rauf Əliyevlə Əfran İsmayılovun transferi bir qədər vaxt apardı. Rauf bizim ilk transferimizdir. AFFA "Bakı" klubuna yaranmış borclarla əlaqədar köməklik göstərdi. "Bakı" da sağ olsun ki, bu transferlərin halallığını verdi.
Rövşən ƏHLİMANOĞLU