Həqiqətən, uzun müddət sonra liman şəhəri yenidən əhəmiyyətli matçlarından nəbzini aşkar etmək üçün. Azərbaycan canaries naftaši ilə qisas əsas müzakirə mövzusu, Bonifika əlbəttə yaxşı işğal ediləcək, UEFA 2200 bilet satışını səlahiyyətli edib.
Sloveniyanın "Koper" klubunun kapitanı İvitsa Quberats Avropa Liqasının II mərhələsində "Neftçi" ilə cavab oyunu öncəsi mətbuata açıqlama verib. Sportnet.az-ın məlumatına görə, Sloveniya klubunun kapitanı "Neftçi"dən qorxmadıqlarını söyləyib.
Quberats hər cür çətinliklərə hazır olduqlarını və lazım gələrsə, adekvat addımlar atacaqlarını bildirib. O, komandasında psixoloji üstünlüyün olduğunu və qələbə üçün əllərindən gələn hər şeyi edəcəklərini deyib: "Uğurumuzun yarısını Bakıda qazandıq. İki qol vurduğumuz üçün üstünlük bizdədir. Bakıda ikən tezliklə aydın oldu ki, heç kim bizi elə də ciddi qəbul etmirlər. Hiss etdik ki, bizi ciddi qiymətləndirmirlər, asan yem olacağıq. Bu da mübarizə aparmaq üçün bizi daha çox motivasiya etdi. Biz meydan sahiblərinin mentalitetinə layiqli cavab verərək vəziyyəti öz xeyrimizə dəyişdik. Amma şübhəsiz ki, Sloveniyada fərqli oyun olacaq. Əminəm ki, "Neftçi"nin futbolçuları indi bizi tam fərqli qəbul edirlər. Biz də rəqibimizə hörmətlə yanaşırıq. Cavab oyunu gərgin mübarizə vəd edir və ümidvaram ki, biz nəhayət sevinəcəyik. Hesab edirəm ki, bizi çoxlu sayda azarkeş dəstəkləyəcək və tribunaların enerjisi ilə məqsədimizə çatacağıq".
Qeyd edək ki, "Neftçi" əvvəllər Sloveniya klublarından "Hit-Qoritsa" ilə iki dəfə - 2000/01 və 2001/02 mövsümlərində UEFA kubokunun ilkin təsnifat mərhələsində üz-üzə gəlib və hər iki halda mərhələ adlaya bilməyib".