
İsveçin "Elfsborq" klubu ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda penalti zərbələrində məğlub olan "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis bunları bildirib:
"Çox məyusuq. Hər iki oyunda daha çox qol imkanları yaratdıq. 120 dəqiqə ərzində də şanslarımız çox oldu. Ancaq 2-ci dəqiqədə qırmızı vərəqə ilə penalti verilməsi təmiz oyunu dağıtdı. Bilmirəm hakim Azərbaycana hansı fikirlərlə gəlmişdi. Artıq mən yorulmuşam. İstefa verməyi düşünürəm. Mənim istefamı qəbul etsələr, gedəcəm".
- Asif meydana çıxıb təkbətəki vura bilmədi. Onun yerinə daxil olan Hüseynpur da təkbətəki vura bilmədi. Bu an hansı hissləri keçirirdiniz?
- Mənim həmin anda heç bir düşünəcək halım yox idi.
- Son mövsümün axırında "İnter"dən getməyiniz gündəmdə idi, ancaq müqavilə müddətini artırdınız. Ola bilər ki, Georgi Nikolov sizi Avroliqaya görə saxladı?- - Mən burada yalnız bir nəfərə görə çalışıram və bunu hamı bilir.