Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus "Lans" klubuna Fransanın Milli Olimpiya və İdman Komitəsindən (CNOSF) müsbət cavab verilib. Sportnet.az-ın məlumatına görə, CNOSF çıxardığı qərarda "sarı-qırmızılar"ın Fransa yüksək liqasına buraxılmasının məsləhət görüb.
İndi Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsi gələn həftənin bazar ertəsi və ya çərşənbə axşamı bir araya gələrək, "Lans"ın "Liqa 1"in yeni mövsümündə iştirakını təsdiqləməlidir.
Qeyd edək ki, "Lans" ötən mövsümün yekunlarına əsasən, Fransanın yüksək liqasına vəsiqə qazanıb. Lakin İdarəetməyə Nəzarət üzrə Milli Direktorat (DNCG) növbəti mövsüm "Liqa 1"də iştirak üçün lazımı bank təminatının verilmədiyini əsas gətirərək, klubu rıitaya buraxmayıb. "Sarı-qırmızılar" DNCG-yə apellyasiya versə də, yenə mənfi qərar çıxarılıb. Bundan sonra "Lans" daha yuxarı instansiya sayılan CNOSF-a müraciət etməli olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |