30 yaşlı oyunçu deyib ki, Tiflis "Dinamo"su həm bu, həm də "Zestafoni" klubundan imkanlıdır. Amma Saçxere komandası bir neçə səviyyəli futbolçu alıb. Bununla da, zəif mövqelər aradan qaldırılıb. Kvirtiya "Neftçi"nin rəqibinin kollektiv oyuna üstünlük verdiyini də açıqlayıb.
Avroliqanın II təsnifat mərhələsində "Çixura" Türkiyə "Bursaspor"unu penaltilər seriyasında üstələyib. "Neftçi" isə Sloveniya "Koper"inə evdə 1:2 hesabı ilə 0:1 hesabı ilə uduzduğu halda, səfərdə 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. Kvirtiya həm "Bursaspor"la Gürcüstandakı cavab görüşünü, həm "Neftçi"nin son oyunlarını izləmədiyini deyib. Amma onun fikrincə, hər iki komandanın şansları bərabərdir: "Top yumrudur və hər şey ola bilər".
Qeyd edək ki, "Neftçi" "Çixura" ilə ilk görüşünü iyulun 31-də Bakıda, cavab matçını isə avqustun 7-də Tiflisdə keçirəcək. Nuqzar Kvirtiya isə 2009 - 2012-ci illərdə AZAL-da, 2012-2013-cü il mövsümündə "Turan"da çıxış edib. O, ötən mövsümü Gürcüstan "Quriya"sında keçirib.