O bildirib ki, Mehdiyevlə birgə Bakıya qısa müddətli səfərləri zamanı "Rəvan"la problemi aradan qaldırıb: "Transfer vərəqimiz "Giresunspor"a getdi. Heç bir sıxıntımız yoxdur. Mən də Kartepedə yeni klubuma qoşulacağam. Burada çox yaxşı ab-hava var. İnşallah, bu mövsüm gözəl alınacaq".
Qeyd edək ki, daha öncə Kamal Bayramov "Rəvan"ı ona transfer vərəqini verməkdə problem yaratdığını və bu səbəbdən, karyerasını bitirdiyini açıqlamışdı.