Futbol üzrə Azərbaycan yığmasının üzvü Əli Gökdəmir karyerasını "Simurq"da davam etdirəcək. Bu barədə Sportnet.az-a klubun icraçı direktoru Vaqif Əliyev məlumat verib.
Əliyev 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalandığını bildirib. Klub rəsmisi Gökdəmirin təxminən 1 həftə əvvəl komandanın düşərgəsinə qoşulduğunu söyləyib. Daha bir neçə futbolçunun baxışda olduğunu bildirən icraçı direktor 1-2 gün ərzində onların komandada qalıb-qalmayacağına dəqiq qərar veriləcəyini deyib.
Qeyd edək ki, Əli Gökdəmir 2010-cu ildən Almaniyanın "Hannover” klubunda çıxış edib və son yarım ili Türkiyənin "Elazığspor" klubunda icarə əsasında oynayıb.