"Biz "Çixura" azarkeşlərindən belə hərəkəti qətiyyən gözləmirdik". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Neftçi"nin prezidenti Sadıq Sadıqov deyib.
Sadıqov Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündən öncə Gürcüstan təmsilçisinə etdikləri köməyi xatırladıb: "Onlar təşkilatı işləri elə qurmuşdular ki, gəlib hava limanında qalmışdılar, sərilib yatmışdılar. Xəbər tutan kimi dərhal klubun avtobusunu aeroporta göndərdik. Vitse-prezidentimiz və klubun digər əməkdaşları da hava limanına yollandı. Onlara kömək etdik. Çünki bu iki xalq arasında tarixən dostluq münasibətləri olub. Plakat nümayiş etdirəcəklərini gözləmirdik. Fikirləşdik ki, gəliblər, komandaları dəstəkləyəcəklər, oyuna baxacaqlar, sonra da çıxıb gedəcəklər. Futbolu siyasiləşdirmək olmaz. Bizim üçün onların Gürcüstanın hansı komandasının fanatları olmasının fərqi yoxdur, hamısı Gürcüstan vətəndaşlarıdır".
Qeyd edək ki, "Neftçi" - "Çixura" matçı qolsuz tamamlanıb - 0:0.