Bakının "İnter" klubu keçmiş futbolçusu Valentin Belkeviçin vaxtsız vəfatı ilə əlaqədar başsağlığı verib. Klubun prezidenti Georgi Nikolov Sportnet.az-a açıqlamasında hadisədən yenicə xəbər tutduğunu və xeyli təəssüfləndiyini bildirib.
Nikolov hazırkı məqamda mənəvi dəstəkdən başqa əllərindən gələsi bir şeyin olmadığını vurğulayıb. O, yaxın vaxtlarda klub saytında da başsağlığı mətninin yerləşdiriləcəyini söyləyib.
Qeyd edək ki, Valentin Belkeviç "İnter"də 2008-ci ilin iyunundan 2009-cu ilin yanvarınadək çıxış edib. O, 2009-cu ilin yanvarında "A" lisenziyası alaraq, qarşılıqlı razılıq əsasında klubla yollarını ayırıb və futbolçu karyerasını başa vurub. Belkeviç 42 yaşında tromb qırılmasından dünyasını dəyişib. Ötənlərin məşhur futbolçusu Belarusun "Dinamo" (Minsk) və Ukraynanın "Dinamo" (Kiyev) komandalarında və Belarus millisində də forma geyinib. Belkeviç baş məşqçi qismində isə yeniyetmə və gənclərdən ibarət yığmalarında çalışıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |