O deyib: "Ötən gün "Çixura"nın prezidenti ilə söhbət etdim. O, tutulanların azadlığa buraxılması üçün Gürcüstanın Daxili İşlər Nazirliyi ilə birgə çalışırdı. Bütün qarışıqlıq gecə saatlarındaca yoluna qoyulub. Azarkeşlər arasında anlaşılmazlıq baş verib. Bu, stadionlarda və idman meydanlarında tez-tez baş verir. Fikrimcə, hər şey normal başa çatacaq və özü ilə əlavə ekstsess gətirməyəcək".
Nazir onu da qeyd edib ki, matç zamanı təhlükəsizliyin qorunması qəbul edən tərəfin, yəni "Neftçi"nin üzərindədir. Kipiani gələcək qarşılaşmalarda belə halların aradan qaldırılması üçün əllərindən gələni edəcəklərini vurğulayıb. Lakin Gürcüstan rəsmisi qonaq komanda azarkeşlərinin tribunada münaqişəyə səbəb olan bayraq asmalarına heç bir reaksiya verməyib.