O deyib ki, belə hallar idman tədbirləri, oyunlar zamanı, eləcə də Gürcüstanın Gənclər və İdman Nazirliyinin dəvəti ilə azərbaycanlı jurnalistlər Tiflisdə olduqları vaxt baş verir: "Bu nazirliyin Azərbaycan tərəfini təxribatçıların arxasında nə dövlət, nə də komanda azarkeşlərinin olmadığına inandırmaq üçün hər şeyi edəcəyinə əminəm. Bu, fikrimcə, hansısa fərdi hərəkət, qurulmuş təxribat idi. Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri var və heç kim bu münasibətləri sarsıda bilməz. Bu cür təxribatçılar isə məqsədlərinə çata bilməyəcəklər".
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" və "Çixura" komandaları arasında keçirilmiş ilk oyunda iki komanda azarkeşlərinin toqquşması yaşanıb. İnsident gürcüstanlı azarkeşlərin üzərində Azərbaycan ərazilərinin də göstərildiyi xəritəni nümayiş etdirmələrindən sonra başlayıb.