1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tahir Süleymanov: "Bu qəbul olunmazdır"
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Gürcüstan "Çixura"sı ilə qarşılaşma zamanı baş verənlərə münasibət bildirib. Süleymanov Sportnet.az-a açıqlamasında qonaq azarkeşlərdən bu cür davranış gözləmədiklərini bildirib.
Klub rəsmisi insidentin 2-3 təxribatçının sayəsində yarandığını söyləyib: "UEFA siyasi məsələlərə hər zaman çox şiddətli reaksiya bildirib. Təəssüf ki, qonaq komandanın azarkeşlərindən bəziləri dövlətimizə qarşı lazım olmayan şüarlardan istifadə ediblər. Onlar bizim torpaqlarımızı öz ərazilərində göstərən pankart açıb. Bu cür hadisələr qəbul olunmazdır. "Çixura"nın azarkeşlərindən biz bu hərəkəti gözləmirdik. Amma bunu bütün azarkeşlərə şamil etmək olmaz. 2-3 nəfərin təxribatından ibarət bir iş idi. Azərbaycanın dövlət qurumları bununla bağlı öz fikirlərini bildiriblər. Lazımı tədbirlər görüldü. Belə hallarla nəinki futbola, iki dövlət, iki xalq arasında olan gözəl münasibətlərə xələl gətirmək istəyənlər var. Və onlar da cavablarını aldılar. Hazırda hər iki klubda istər təhlükəsizlik, istərsə də təşkilat baxımından işlər gedir".