
O bildirib ki, ölkəsi əvvəlki səhvlərin təkrarlanmasına imkan verməməlidir: "Bakıda törədilmiş təxribat, sözsüz ki, qanqaraldıcıdır. Amma bu situasiyada ayrıca götürülmüş haldan çox əsas strateji müttəfiqimiz olan Azərbaycanla olan ümumi kontekst narahatlıq doğurur. Rusiya Gürcüstanın işıq və qazını kəsəndə Azərbaycan ölkənin yarısının işığını kəsdi və Azərbaycanın köməkliyi ilə bütün bu müddətdə xilas olduq. Azərbaycan bir neçə dəfə bizə elə kömək edib ki, hələlik bunları danışa bilmirəm. İstənilən ölkədən çox kömək edib. Gürcüstanın Azərbaycana qarşı Rusiya təxribatının poliqonuna çevrilməsi məgər təhqir deyilmi?"