
Azərbaycanın veteran futbolçusu və AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov II Fəxri Xiyabanda dəfn olunacaq. Bu barədə Sportnet.az-a dəfnin təşkili üzrə komissiyanın üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, avqustun 4-də Məmmədovun cənazəsi daha bir veteran futbolçu Anatoli Banişevskinin uyuduğu qəbiristanlıqda torpağa tapşırılacaq. Dəfn saat 15:00-da nəzərdə tutulub. Mərhumla vida mərasimi isə sabah saat