Maliyyə problemlərindən qurtula bilməyən "Bakı" klubunun təlim-məşq bazasına suyun verilməsi dayandırılıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, klubun borcları üzündən böyük bir idman qurğusu iki gündür susuz qalıb.
Nəticədə meydan sulanmayıb və komandanın bugünkü məşqi baş tutmayıb.
Xəbəri Sportnet.az-a açıqlamasında klubun vitse-prezidenti Yaşar Seyidov da təsdiqləyib: "Su ilə bağlı çətinliyimiz var. AFFA-nın baş katibi Elxan Məmmədovdan xahiş etmişəm ki, məsələnin həllində köməklik göstərsin. O da söz verib ki, "Azərsu" ilə danışaraq, problemin yoluna qoyulması üçün əlindən gələni edəcək. Buna görə klub adından AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Belə çətin günlərdə kimin "Bakı"nın dostu, kimin isə düşməni olduğunu çox yaxşı tanıdıq".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |