
Klub prezidenti Misir Əbilov ötən mövsüm I divizionda iştirakdan məhrum edilmələri barədə AFFA İntizam Komitəsinin qərarından apellyasiya verib. Müzakirələrdən sonra qərara alınıb ki, İntizam Komitəsinin qəbul etdiyi qərar dəyişdirilsin və klubun I Divizionda iştirakı təmin olunsun. "Bakılı” növbəti dəfə üzürsüz səbəbdən rəsmi oyunlarda iştirak etməyəcəyi təqdirdə, I Divizionda çıxış etmək hüququndan məhrum ediləcək.