Səbəb kimi Məmmədovun öncədən Fransa Milli Olimpiya və İdman Komitəsinin (CNOSF) hesabına köçürməli olduğu 4 milyon avronu hələ də ödəməməsi göstərilib. Bu qərar yüksək liqada iştirakı yenicə təmin olunmuş "Lans"ın planlarını pozub. "Sarı-qırmızılar" "Reyms"in müdafiəçisi Kristofer Qlombar, kamerunlu yarımmüdafiəçi Landri N Qemo və italiyalı qapıçı Canluka Kurçi ilə ilkin anlaşma əldə etmişdi.
Qeyd edək ki, DNCG daha öncə "Lans"ın 10 milyon avro borcunun olduğunu əsas gətirərək, klubu "Liqa 1"ə buraxmayıb. Lakin klubun CNOSF-a şikayətindən sonra məsələ müsbət həllini tapıb.