Daha sonra Kanales klubun rəsmi saytına açıqlama verib: "Neftçi” mənim üçün doğma klubdur. Burada özümü yeni hesab etmirəm. Karyeramın ən uğurlu dövrünü burada keçirmişəm. "Neftçi”nin heyətində Avropa Liqasının qrup mərhələsində oynamışam. Çempionatda da ən məhsuldar oyunçu olmuşam. Məqsədim odur ki, Avropadakı nailiyyətimizi yenidən təkrarlayaq. Komandanın heyəti də buna imkan verir. "Neftçi”də kifayət qədər güclü futbolçular cəmləşib və inanıram ki, birlikdə biz qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyik. "Neftçi” azarkeşini çox sevirəm və bilirəm ki, onlar da mənim üçün darıxıb. Çalışacağam ki, vuracağım qollarla onları yenə də sevindirim”.
Qeyd edək ki, Nikolas Kanales yenə 11 nömrəli formanı geyinəcək.