Özbəkistan milli komandasının baş məşqçisi Mircəlal Qasımov avqustun 20-də Azərbaycan yığması ilə və sentyabrda Cənubi Koreyanın İnçxon şəhərində keçiriləcək Asiya Oyunlarına hazırlıq üçün ilkin heyəti açıqlayıb. Sportnet.az-ın Özbəkistan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Qasıçov avqustun 14-də Daşkənddə başlanacaq hazırlıq prosesinə 23 futbolçu dəvət edib.
Ertəsi gün keçiriləcək ölkə çempionatının oyunlarından sonra o, Bakıya gətirəcəyi 20 nəfərlik heyəti müəyyənləşdirəcək. Dəvətlilər arasında "Neftçi"nin sabiq forvardı Bahodir Nasimov və Rusiya "Anji"sində çıxış edən Odil Əhmədov yoxdur.
Qapıçılar: Eldorbek Suyunov ("Nasaf"), Nikita Rıbkin ("Paxtakor"), Abdumavlon Abducəlilov ("Neftçi")
Müdafiəçilər: Yeqor Krimets ("Paxtakor"), Bobur Yuldoşev ("Lokomotiv", Rusiya), Davron Xrşimov ("Paxtakor"), Səlim Mustafoyev ("Paxtakor"), İslom Tixtaxijayev ("Lokomotiv"), Şerzod Fayziyev ("Maşyal"), Azamat İsroilov ("Olmalik")
Yarımmüdafiəçilər: Diyor Turopov ("Olmalik"), Azim Əhmədov ("Novbahor"), Dilşod Jirayev ("Bunyodkor"), Fozil Musayev ("Lokomotiv"), Jamşid İskəndərov ("Paxtakor"), Vladimir Kozak ("Paxtakor")
Hücumçular: Şahzod Nurmətov ("Metallurq"), İvan Naqayev ("Lokomotiv"), Navruz Olimov ("Kızılkum"), İvan Sergeyev ("Paxtakor")
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Özbəkistan matçı saat 21:00-da başlanacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |