
"Qarabağ"ın Hollandiya "Tvente"si ilə avqustun 21-də keçirəcəyi ev oyununun biletləri sabahdan satışa çıxarılacaq. Bu barədə Sportnet.az-a Ağdam klubunun baş direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə görə, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun tutumuna uyğun - 30 minədək olacaq və əksəriyyətinin qiyməti yenə 1 manata olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Tvente" matçı saat 21:00-da başlanacaq.