
Ağdamın "Qarabağ" klubu hücumçu Reynaldo Silvanın Avstriya "Zalsburq"undan təklif almasına dair xəbərlərə münasibət bildirib. Baş direktor Əmrah Çəlikəl Sportnet.az-a açıqlamasında braziliyalı futbolçu ilə hər hansı klubun maraqlanmasından xəbərsiz olduğunu söyləyib.
Bununla belə, Çəlikəl Reynaldo ilə bağlı təklif olarsa, baxa biləcəklərini vurğulayıb: "Hələlik heç bir təklif almamışıq. Olsa, dəyərləndirməyimiz mümkündür".
Qeyd edək ki, Reynaldo ilə təkcə "Zalsburq" deyil, keçmiş klubu Belçika "Anderlext"inin də maraqlandığı bildirilir. Hətta "sambaçı"nın meneceri ötən həftəsonu Bakıda olub.