Federasiya rəhbərliyi ona ildə 5 milyon avro ödəməyə hazırdır. Bu məbləğin 3 milyon avrosunu ödəməyi "Puma" şirkəti öz üzərinə götürüb. Fabio Kapello isə Rusiya yığmasında ilinə 7 milyon avro qazanır.
Konte İtaliya yığmasında işləməkdən yenə imtina etsə, əsas alternativ kimi Alberto Zakkeroninin adı çəkilir. Zakkeroni 2014-cü il dünya çempionatındakı uğursuzluqdan sonra Yaponiya millisi ilə yollarını ayırıb.
Qeyd edək ki, İtaliya yığması 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alıb.