Bu gün "Neftçi" və "Qarabağ" klubları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçı ilə əlaqədar Sportnet.az şou-biznes nümayəndələri arasında sorğu aparıb. Sorğu zamanı rəyi soruşulanlara "Qalib kim olacaq” sualı ünvanlanıb.
Cavablar belə olub:
Müğənni Samira: "İdmana marağım olsa da futbolla o qədər də maraqlanmıram. Futbol izləmirəm, fəaliyyətlərini bilmirəm, nə desəm, yalan olar. Hər ikisi öz komandamızdır, necə deyərlər, oyunçu aparsın”.
Müğənni Gülay Zeynalovanın əri, fitness məşqçisi Kamil Zeynalov: "Maraqlı futbol olmasını istəyirəm. Ən əsası, dava–dalaş olmasın. İkincisi də "Neftçi"nin qalib gəlməsini istərdim. Gülay xanımla birgə İtaliyada, Türkiyədə oyunlara canlı baxsaq da, onun futbola marağı yoxdur".
Aktyor Fərda Xudaverdiyev: "Mən yaxşı futbolun tərəfdarıyam. Ən çox istədiyim "Qarabağ” ın çempion olması idi, o da oldu. Bu oyunda isə "Qəbələ”nin qələbə qazanmasını istəyirəm. Mənə elə gəlir ki, bu gün surpriz olacaq. Düzdür, hamı "Neftçi"ni favorit kimi görür, amma "Qəbələ” qalib olacaq".
Müğənni Arzu Rzayev: "Mənim, ümumiyyətlə, futbola marağım yoxdur. İzləmirəm. Hər iki komandaya uğurlar!"
Müğənni Səməd Səmədov: "Arzu edirəm ki, Azərbaycan kulubları dünyada məşhur olsun. 2 gün sonra "Atletiko" ilə "Real Madrid" Çempionlar Liqasının finalında görüşəcək. "Atletiko"nun formasında Azərbaycan adı yazılıb. Bu dəqiqə dünya azərbaycanlıları gözünü həmin oyuna dikib. Mən güclüyə səs verirəm. Arzu edirəm ki, Azərbaycan kulubları dünyada məşhur olsun. "Atletiko", "Real Madrid" və "Barselona"nın sağ əli olsun "Neftçi"nin və digər kulublarımızın başına".
Aktyor Elməddin Cəfərov: "Mən istəyirəm ki, "Neftçi” qalib olsun. Çünki "Neftçi” də Mirhüseyn Seyidov kimi dostlarım var. Bu komanda hər zaman güclü olub, olacaq da. Çünki həm də oyun Bakıda keçiriləcək, "Neftçi” azarkeşləri çox olacaq".
Sevinc XANQIZI
Aktyor Elməddin Cəfərov: "Mən istəyirəm ki, "Neftçi” qalib olsun. Çünki "Neftçi” də Mirhüseyn Seyidov kimi dostlarım var. Bu komanda hər zaman güclü olub, olacaq da. Çünki həm də oyun Bakıda keçiriləcək, "Neftçi” azarkeşləri çox olacaq".
Sevinc XANQIZI