
Onlardan 12-si standart olacaq. Yəni hər bir zərfdə qrup mərhələsinin 3, "pley-off" (1/8 final və ya 1/4 final) mərhələsinin 1 oyununu yer alacaq. Daha 1 zərfə isə yarımfinallar və final matçı daxil ediləcək.
Standart zərflərə sifariş dosyelərini 19 milli assosiasiya verib:
Azərbaycan (Bakı)
İngiltərə (London)
Belarus (Minsk)
Belçika (Brüssel)
Bolqarıstan (Sofiya)
Makedoniya (Skopye)
Macarıstan (Budapeşt)
Almaniya (Münhen)
Danimarka (Kopenhagen)
İsrail (Yerusəlim)
İrlandiya (Dublin)
İspaniya (Bilbao)
İtaliya (Roma)
Hollandiya (Amsterdam)
Uels (Kardiff)
İsveç (Stokholm)
Qlazqo (Şotlandiya)
Yarımfinallar və final zərfinə isə İngiltərə (London) və Almaniya (Münhen) daxil edilib.
UEFA İcraiyyə Komitəsinin üzvləri arasında Bakı vaxtı ilə saat 12:00-dan 16:00-dək müzakirə və səsvermə aparılacaq. Saat 16:00-da təşkilatçı şəhərlər açıqlanacaq və bundan yarım saat sonra mətbuat konfransı keçiriləcək.
Səsvermə prosedurları isə belə olacaq:
UEFA İcraiyyə Komitəsi üzvlərinin görüşünədək komitənin Avropa çempionatına namizədliyini verməyən assosiasiyaları təmsil edən üzvləri sentyabrın 18-də ərizələrin 6 - 8 coğrafi zonaya bölgüsünü müzakirə və ratifikasiya edəcəklər.
Hər birinə minimum 2 şəhərin daxil edildiyi regional zonalar sistemi çempionat matçlarının bütün Avropada keçirilməsini təmin edəcək.
Səsvermə proseduru 4 mərhələdən ibarət olacaq:
1. Final və yarımfinalların keçiriləcəyi şəhərin müəyyənləşdirilməsi
2. 1/4 final mərhələsinin 4, qrup mərhələsinin 3 oyununu qəbul edəcək 4 şəhərin seçimi üçün səsvermə
3. İlk 2 mərhələdə seçilməyənlər arasından hər coğrafi zona üzrə 1/8 final mərhələsinin 1, qrup mərhələsinin 3 oyununu qəbul edəcək şəhərlərin seçimi
4. 1/8 final və qrup mərhələsinin 3 oyununu qəbul edəcək şəhərlərin seçimi.