
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Rusiyanın "Dinamo" (Moskva) klubunu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna iyulun 31-də "Dinamo"nun İsrailin "Hapoel" (Kiryat Şmona) komandası ilə Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu zamanı "Ximki Arena"da azarkeşlərin irqçi davranışları səbəb olub.
"Ağ-mavilər" UEFA bayrağı altında növbəti ev oyununu qismən bağlı tribunalar önündə keçirəcəklər. Daha dəqiqi, avqustun 28-də Kipr "Omoniya"sı ilə "pley-off" matçı zamanı bu arenanın D-2 sektoruna azarkeş buraxılmayacaq.
Qeyd edək ki, "Ximki Arena"da sentyabrın 3-də Rusiya və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək.