
Futbol üzrə Azərbaycan milli komandasına yeni legioner cəlb olunub. Sportnet.az-ın məlumatına görə, bu, İsveç "Kalmar"ının cinah müdafiəçisi Emin Nuridir.
Nuri 22 iyul 1985-ci ildə Bolqarıstanın Kırcalı şəhərində türk ailəsində doğulub. O, peşəkar futbolçu karyerasına 2004-cü ildə İsveçin "Östers" klubunda başlayıb. Bundan 4 il sonra Nuri "Kalmar"a keçib. Təcrübəli futbolçu hətta İsveçin 21 yaşadək futbolçulardan ibarət yığmasına da cəlb olunub və hətta 2 matçda da forma geyinib.
Qeyd edək ki, Emin Nuri millimizin avqustun 20-də Özbəkistanla Bakıda keçirəcəyi yoldaşlıq görüşünə çağırılıb. O, komandamızın oyun öncəsi təlim-məşq toplantısına avqustun 18-də qoşulacaq.